“KORPORATİV İMİC VƏ DAXİLİ KOMMUNİKASİYA” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

28 fevral 2017-ci il tarixində “ASAN School” könüllük məktəbinin “ASAN Kadr” Karyera mərkəzinin təşkilatçılığı ilə Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri “Korporativ imic və daxili kommunikasiya” mövzusunda çıxış edib.

Ilham Məmmədov qeyd edib ki, təşkilatın korporativ imici, daxili kommunikasiyası yüksək deyilsə, yüksək ixtisaslı kadrların cəlb edilməsi və saxlanılması çətin olacaq. Daxili kommunikasiya isə korporativ mədəniyyətin bir hissəsidir.

Həmçinin, görüşün sonunda 25 ASAN Könüllüsünə Nadir Adilov və Elvin Paşayevin həmmüəllifi olduğu “Könüllülük: uğur formulu” kitabı hədiyyə olunub.