Baku School of Public Relations (Bakı İctimaiyyətlə Əlaqələr Məktəbi) şirkətinin əsası 2016-ci ildə Azerbaijan Public Relations Association (Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası) tərəfindən qoyulmuşdur. Şirkət müxtəlif sahələrdə təlim, tədris, seminar və xidmətlər göstərməklə yerli mütəxəssislərimizin inkişafında əvəzsiz rol oynayır.

Əsas məqsədimiz yerli və xarici sahibkarların ölkəmizdəki fəaliyyətinə dəstək vermək, onlara ictimaiyyətlə əlaqələr, marketinq, reklam, hüquq və digər sahələrdə xidmət göstərməkdir.  Bizim fərdi və korporativ təlimlərimiz müxtəlif biznes sektorlarının ehtiyac duyduğu təcrübəli İctimaiyyətlə Əlaqələr, Marketinq və Reklam mütəxəssislərinin  hazırlanmasına yönəlmişdir.

Bizim təlimlərimiz praktiki keyslərdən, beynəlxalq və yerli şirkətlər tərəfindən həyata keçirilmiş PR tədbirlərin və aksiyaların şərhindən, eyni zamanda dünyada qəbul olunmuş PR nəzəriyyəsi və bu nəzəriyyənin Azərbaycan bazarına tətbiqi metodlarından ibarətdir.

Hədəfimiz bu sektorda birinci olmaq və Azərbaycan şirkətlərini daha kreativ və peşəkar menecerlərlə təmin etməkdir. Biz sizinlə öz təcrübəmizi bölüşməyə daima hazırıq.