“PR və media dialoqu” mövzusunda tədbir keçirilib

Mətbuat Şurası Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası ilə birlikdə “PR və media dialoqu” mövzusunda tədbir təşkil edib.

Tədbirdə çıxış  edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, dialoq çərçivəsində qurumların ictimaiyyətlə əlaqələr strukturlarının media ilə necə əlaqə qurması, əlaqələrdə yaranan problemlər ətrafında müzakirələr təşkil ediləcək.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının sədri İlham Məmmədov deyib ki, bəzi dövlət qurumlarında mətbuat xidməti strukturu olsa da, ictimaiyyətlə əlaqələr strukturu, buna məsul şəxs yoxdur. Üstəlik, ictimaiyyətlə əlaqələr sahəsində akademik təhsil mövcud deyil.

Tədbir qurumların PR və mətbuat xidməti strukturunun fəaliyyəti, məmurların mətbuatdan uzaq düşməsinin səbəbləri, media nümayəndələri və mətbuat xidmətləri arasında əlaqələr ətrafında müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, aprelin 14-də keçiriləcək növbəti tədbirdə beynəlxalq PR mütəxəssisləri də iştirak edəcək.